İngiltərə Premyer Liqasında XXXIV turun növbəti oyunu keçirilib.

"Unikal" xəbər verir ki, ölkə çempionatında qeyri-sabit çıxışı ilə diqqət çəkən “Mançester Yunayted" səfərdə "Bournmut"la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qırmızı vərəqə ilə cəzalanan "Bournmut" 68-ci dəqiqədən etibarən 10 nəfərlə mübarizə aparıb.

Bu nəticədən sonra xallarını 50-yə çatdıran ev sahibi komanda 10-cu pillədə qərarlaşıb. "Qırmızı şeytanlar" isə 39 xalla 14-cü sıraya yüksəlib.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə çempionatında ardıcıl 5-ci oyundur qələbə qazana bilmir.