İranın Ticarət Palatasının sədri Bakıya yollanıb.
"Unikal" xəbər verir ki, İran Palatasının sədri Səməd Həsənzadəni səfərdə kənd təsərrüfatı, sənaye və nəqliyyat sahəsində fəaliyyət göstərən 120 nəfərdən ibarət nümayəndə heyəti müşayiət edir.
Üç günlük səfər çərçivəsində İran və Azərbaycan arasında işgüzar konfrans, eləcə də iki ölkənin iş adamları arasında təkbətək görüşlərin keçirilməsi nəzərdə tutulur.