İtaliya A Seriyasında XXXIV turun növbəti oyunları keçirilib.
"Unikal" xəbər verir ki, "Milan" səfərdə "Venesiya" ilə qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Kristian Pulişiç və Santyaqo Ximenes vurublar.
Bu nəticədən sonra xallarını 54-ə yüksəldən "rossonerilər" 9-cu pillədə qərarlaşıb. Meydan sahibləri isə 25 xalla 18-ci sıradadır.
Çempionluğa iddialı "İnter" isə öz meydanında "Roma"ya 0:1 hesabı ilə uduzub. Milan klubu 71 xalla 2-ci, paytaxt təmsilçisi isə 60 xalla 5-ci sıradadır.