Fransa Hindistan Hərbi Dəniz Qüvvələrinə 26 ədəd "Dassault Rafale" döyüş təyyarəsi satacaq. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Qeyd olunub ki, təyyarələrin tədarükü ilə bağlı ölkələr arasında müqavilə imzalayıb.

7,4 milyard dollarlıq müqaviləyə 22 tək yerlik və 4 iki yerlik qırıcı, həmçinin 36 Rafale təyyarəsinə texniki xidmət daxildir.

Bütün yeni döyüş təyyarələri Hindistan Hərbi Dəniz Qüvvələrinin "Vikrant" təyyarədaşıyan gəmisində yerləşdiriləcək və köhnəlmiş Rusiya "MiQ-29"larını əvəz edəcək.

Ağarza Elçinoğlu