Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin andan olmasının 102-ci ildönümü münasibətilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

"Unikal" xəbər verir ki, ağacəkmə aksiyasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Orxan Məmmədov, Bakı Dövlət Universitetinin prorektoru Fərda İmanov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov, AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov,  YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, ərazi partiya təşkilat sədrləri, partiya fəalları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı Dövlət Universitetinin könüllüləri iştirak ediblər.

Ağacəkmə aksiyasında ümumilikdə 500 ədəd şam və zeytun ağacı əkilib, onlara aqrotexniki qulluq göstərilib.