"Yeşilçam"ın mərhum aktyoru Cevat Kurtulmuşun həyat yoldaşı aktrisa Meral Kurtulmuş vəfat edib.

"Unikal" xəbər verir ki, aktrisa 87 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, aktrisa 1959-cu ildə C.Kurtulmuşla ailə həyatı qurub. 1960-cı ildə çəkilən "Ayşecik" filmi ilə kinoya addım atan Meral 100-ə yaxın filmdə rol alıb. O, "Hayat sevince güzel" (1971), "Şaşkın damat" (1975), "Sezercik aslan parçası" (1972), "Gülşah küçükanne" (1976), "Varyemez" (1991), "İşte hayat" (1975), "Gökçe çiçek" (1973), "Azap" (1973), "Suçlu" (1972), "Üç Arkadaş" (1971) kimi ekran işlərinə çəkilib. Aktrisa 1992-ci ildə "Mahallenin muhtarları" serialının 10 bölümündə “Neriman” obrazını canlandırıb.