İsrailin baş naziri Binyamin Netanyahunun kortejindəki avtomobillərdən biri Qüdsdə qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, kortejdə olan avtomobillərdən biri motosikletə çırpılıb. Baş nazir kortejdə olub, lakin onun avtomobili insidentdən bir qədər aralı olub.