Rusiya Prezidenti Vladimir Putin babasının müharibə zamanı yazdığı məktubla bağlı əhvalat danışıb.
"Unikal" xəbər verir ki, Putin “Bilik. Birinci” marafonunda jurnalistlərə açıqlamasında deyib:
"Babam kənd adamı olub, məktubu səhvlərlə yazıb, amma oğluna “Siz” deyə müraciət edib. Məktubda arvadının onun qucağında necə öldüyü təsvir olunub: güllə onun qarnına dəyib. Öldüyünü başa düşür və ona deyir (bütün bunları məktubda yazır): "Ağlama, məni incitmə".
Putin çıxış edərək əsl tarixin nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.