Fransa Milli Assambleyasında “Milli Birlik” fraksiyasının rəhbəri Marin Le Pen 2027-ci il prezident seçkilərində iştirak etmək üçün hüquqi mübarizəni davam etdirəcəyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
1 May mitinqində çıxış edən Le Pen siyasi reabilitasiya üçün mübarizə aparacağını və iki ildən sonra yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu qeyd edib.
O, 2026-cı ildə keçiriləcək bələdiyyə seçkilərini də “demokratiyanın müsadirəsinə qarşı mübarizə üçün platforma” adlandırıb.
Qeyd edək ki, Le Pen 31 mart tarixində dörd il azadlıqdan məhrum edilib və beş il müddətinə seçki hüququndan məhrum olunub. Cəzanı ev şəraitində, elektron qolbaqla çəkəcək.