ABŞ prezidenti Donald Tramp digər ölkələri İrandan neft almağı dayandırmağa çağırıb, əks halda həmin ölkələr Vaşinqtonun ikinci dərəcəli sanksiyalarına məruz qala bilər.
"Unikal" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
“İrandan hər hansı neft və ya neft məhsullarının alınması dərhal dayandırılmalıdır: İrandan istənilən həcmdə neft və ya neft məhsulu alan istənilən ölkə və ya şəxs dərhal ikinci dərəcəli sanksiyalarla üzləşəcək”, - deyə Tramp bildirib.
O əlavə edib ki, İran neftinin idxalçılarına ABŞ-la iş görmək qadağan edilə bilər.