Jurnalist Pavel Zarubin Rusiya prezidenti Vladimir Putinin mənzilindən kadrlar yayıb.
"Unikal" "Kommersant"a istinadən xəbər verir ki, mənzil onun Kremldəki ofisinin yanında yerləşir.
Yayımlanan görüntülərdə yaşayış binasının interyeri əks olunub. Mənzil stukko ilə bəzədilib. Küncdə ağ piano var. Güzgünün yanında imperator III Aleksandrın portreti var.
2023-cü ildə Rusiya prezidenti bu mənzildə Çin sədri Si Cinpini qəbul edib.
"Kaminin yanında oturub çay içərək hər şeyi yavaş-yavaş danışdıq", - deyə Vladimir Putin həmin görüşü xatırlayıb.
O zaman Rusiya prezidenti bu mənzilə tez-tez baş çəkdiyini bildirib.