Bu gün futbol üzrə Misli Premyer Liqasında XXXIII tura start veriləcək.

"Unikal" xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. “Zirə” doğma meydanda “Turan Tovuz”la qarşılaşacaq. Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq matç saat 20:00-da başlayacaq.

Bakı təmsilçisi 64 xalla 2-ci, Tovuz klubu isə 49 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər qarşılaşmaları mayın 3-4-də keçiriləcək.