İndoneziyanın Bali adasında cümə günü günortadan sonra elektrik enerjisinin kəsilməsi baş verib.

"Unikal" xəbər verir ki, blekaut adanın əksər hissəsinə təsir edib. Axşam saatlarında elektrik enerjisinin verilişi 50 faizə yaxın bərpa olunub.

Enerji şirkəti PLN Bali bildirib ki, qəza Yava adasından Baliyə gedən sualtı kabelin zədələnməsinə səbəb olub. Bütün Bali elektrik stansiyaları eyni anda fəaliyyətini dayandırıb.