Ştutqart şəhərində (Almaniya) avtomobilin izdihamın üzərinə sürülməsi nəticəsində 8 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, onlardan üçü ağır yaralanıb.

Polisin məlumatına görə, "Mercedes"i insanların üzərinə sürən 42 yaşlı şəxs xəsarət almayıb və hazırda saxlanılıb. 

*** 21:36

Almaniyanın Ştutqart şəhərində avtomobil bir qrup insanın üzərinə  sürülüb.

"Unikal" xəbər verir ki, nəticədə azı 3 nəfər xəsarət alıb. Onalrdan bəzilərinin vəziyyəti ağırdır. 

Hadisənin şəhərin mərkəzində baş verdiyi, avtomobilin sürücüsünün saxlanıldığı qeyd edilir.