Tovuzda qəza olub.

"Unikal"ın məlumatına görə hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı avtomobil yolu keçmək istəyən qadını vurub. Qazax rayon sakini 1976-cı il təvəllüdlü Mərdali Aybəniz Fərhad qızı xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Tural Əhmədov