Fərhad Əliyev kartı işə salındı
12:57 24-08-2013
İQTİSADİYYAT
Fərhad Əliyev kartı işə salındı
Cəmil həsənli vahid namizəd oldu
“On beş gün bundan əvvəl ayrı situasiya idi, indi də ayrı. Zaman, tale də Milli Şuranı sınaq qarşısında qoyub”. Bu sözləri Cəmil Həsənli bir neçə gün öncə namizədlikdən imtina etməsi ilə bağlı suala cavab verərkən deyib:
“Mənim vicdanım qəbul etmədi. Mən Rüstəm bəydən daha çox müxalifətçi olmuşam. Yaraşdırmaram ki, o, ziyalı kimi gəlsin bu düşərgədə olsun, mən yox. Bunu özümə icazə vermərəm. Bu gün də hesab edirəm ki, hakimiyyət məsələsi kitab yazmaq qədər asan deyil. Bunun ağırlığı, məsuliyyəti var. Milli Şuranın sədri Rüstəm bəyin təkidli xahişlərini, Mili Şurada təmsil olunan dostlarımın bu məsuliyyəti mənimlə bölüşəcəyini nəzərə alıb, buna vəd verdiklərini nəzərə alıb, bu missiyanı yerinə yetirmə qərarına gəldim”. Səsvermədə 75 nəfər iştirak edir. Cəmil Həsənlinin 73 lehinə, 1 nəfər əleyhinə səs verib, 1 nəfər isə birtərəf qalıb. Beləliklə Milli Şuranın yeni ehtiyat namizədi Cəmil Həsənli seçilib. Çox maraqlıdır ki, Cəmil Həsənli son günlər proseslərdən kənarda durmağa çalışırdı. Amma indi vəziyyət dəyişdi. Əldə etdiyimiz məlumata görə buna səbəb Fərhad Əliyev kartının işə salınmasıdır. Ekspertlər bildirir ki, Fərhad Əliyevin hazırda da qərb və ABŞ-da müəyyən dayaqları var və bu proses məhz kənar təsirlərə görə başlanıb. Çünki Cəmil Həsənli Fərhad Əliyevin yaxın adamıdır və bir zamanlar məhz onun vasitəsi ilə,o zaman nazir olan Fərhad Əliyev AXCP sədri Əli Kərimlini maliyyələşdirirdi.
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40