Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın Şimal bürosunun məlumatına görə, Quba şəhərinin Heydər Əliyev prospektində 77-DB-649 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb.
Qəza nəticəsində maşındakı sərnişin, 2000-ci il təvəllüdlü Beyləqan rayon sakini Yusifli Yusif Cabir oğlu hadisə yerində ölüb.
Sürücü isə, Quba rayon sakini 2004-cü il təvəllüdlü İbrahimov Heydər Telman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Asiman Qaraca