Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru üç həftə sonra sonra xəstəxanadan buraxılıb.

"Unikal" xəbər verir ki, bu barədə Braziliya mediası məlumat yayıb. 

"Bolsonaru bazar günü səhər evə buraxılıb... O, aprelin 12-də Braziliyadakı özəl xəstəxanalardan birinə yerləşdirilib", - məlumatda deyilir.

Qeyd edək ki, Bolsonaru artıq yeddinci bağırsaq əməliyyatını keçirib, sonuncu əməliyyatı 12 saat davam edib. Əməliyyat 2018-ci ilin sentyabrında aldığı bıçaq yarası ilə bağlı olub.