Moskvanın General Tyulenev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.
"Unikal" xəbər verir ki, partlayış 8-ci və 9-cu mərtəbələr arasında uçquna səbəb olub. İlkin məlumata görə, 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Partlayışın qaz sızmasından baş verdiyi iddia edilir.
"Fövqəladə Hallar Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinə General Tyulenev küçəsi, 39 ünvanında yanğınla bağlı məlumat daxil olub. Yanğından Mühafizə və xilasetmə bölmələri daxil olan zaman yanğının 9 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində baş verdiyi müəyyən edilib. Yanğınsöndürmə briqadaları yanğının mənbəyinin müəyyənləşdirilməsinə yönəlib, insanlara məlumat verilir", - deyə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.
Sakinlərin binada qapalı vəziyyətdə qaldığı qeyd edilib.