Moskvada partlayış baş verən yerdə yanğın tam söndürülüb.

"Unikal" xəbər verir ki, general Tyulenev küçəsindəki binada baş verən partlayış nəticəsində ölənlərin dəqiq sayı hələlik məlum deyil.

Partlayışın baş verdiyi çoxmərtəbəli binada qazı və işığı kəsiblər.

Fövqəladə Hallar Nazirliyi altı nəfərin yaralandığını və iki nəfərin öldüyünü bildirir. Qeyri-rəsmi məlumatlara görə, fövqəladə vəziyyət nəticəsində həlak olanların sayı 3-ə, yaralıların sayı isə 18-ə çatıb.

Uçmuş binanın sahəsi 60 kvadratmetr, yanğının sahəsi 100 kvadratmetr olub. Çoxmərtəbəli binanın bütün 15 girişi təxliyə edilib.