Cəlilabad rayonunda yanğın hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə rayonun Göytəpə şəhərində, Rəyasət Hüseynova məxsus evdə qeydə alınıb. 

Belə ki, ümumi sahəsi 108 kvadratmetr olan ikimərtəbəli 4 otaqlı evdə qəfil yanğın başlayıb. 

Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunsa da, ev tamamilə yanıb. 

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev