Pakistan hava məkanını 48 saat ərzində bütün mülki təyyarələr üçün bağlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Pakistanın "Samaa TV" telekanalı məlumat yayıb.

Bu qərar daxili və beynəlxalq uçuşların qəbulu və yola salınmasının dayandırılması ilə nəticələnib. Ölkənin paytaxtı İslamabaddakı beynəlxalq hava limanı bağlanıb, bütün gələn və gedən reyslər ölkənin ucqar cənubunda yerləşən Kəraçi hava limanına yönləndirilib.

Pakistan rəsmiləri sərnişinlərə hava limanlarına gəlməməyi, orada olanlara isə oranı tərk etməyi tövsiyə edib. Mülki Aviasiya İdarəsi vəziyyət sabitləşdikdən sonra uçuşların bərpa ediləcəyini bildirib.

***00:43

Pakistan hava məkanını 48 saat müddətinə bağladığını elan edib.

"Unikal" bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Bu qərar Hindistanın Pakistanın  Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirdiyindən sonra verilib.