ABŞ prezidenti Donald Tramp Hindistan və Pakistan arasındakı münaqişənin tezliklə bitəcəyinə ümid etdiyini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Ümid edirəm ki, bu, çox tez bitəcək", - deyə Tramp qeyd edib.

Tramp həmçinin etiraf edib ki, döyüşlərin başlandığını ancaq media nümayəndələrindən öyrənib.