Rusiya prezidenti Vladimir Putin Kremldə Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşüb.

"Unikal" xəbər verir ki, Putin Kadırovu Çeçenistandakı cari məsələləri müzakirə etməyə Kremlə dəvət edib. Eyni zamanda, Putin qeyd edib ki, Kadırov son illərdə regionun inkişafının nəticələri ilə fəxr edə bilər.

Prezidentlə görüşdən əvvəl “Kommersant”ın xüsusi müxbiri Andrey Kolesnikovla söhbətində Kadırov respublika prezidenti postundan mümkün istefası ilə bağlı sualı cavablandırıb.

"Bu gün prezidentdən soruşacağam. Özünün dediyi kimi olacaq. Tezliklə seçkilər gəlir. Soruşacağam. Amma niyə olmasın? Biz hər şeyi etdik, hər şeyi biz qurduq. Və nəsə olarsa, kiminsə problemi varsa, biz qayıdacağıq! Amma yenə deyirəm: qərar verən mən deyiləm!" – deyə Kadırov bildirib.

*** 14:07

Rusiya prezidenti Vladimir Putin mayın 7-də Çeçenistan lideri Ramzan Kadırovla görüşəcək.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib. 

Onun sözlərinə görə, bu, normal işgüzar görüşdür və prezident regionlarla işini davam etdirir.

Qeyd edək ki, ötən gün Kadırov yerli mətbuata açıqlaması ilə diqqət çəkmişdi. Belə ki, o,  tutduğu vəzifədən azad edilməsi üçün müraciət etdiyini açıqlamışdı.