Gürcüstanın Baş naziri İrakli Kobaxidze hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının yeni rəhbəri seçilib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

“Qurultayın qərarı ilə İrakli Kobaxidze yekdilliklə siyasi birliyin sədri seçilib...”, - deyə məlumatda bildirilir.

Aprelin 25-də hakim “Gürcü arzusu” partiyasının lideri İrakli Qaribaşvili jurnalistlərlə keçirdiyi brifinqdə siyasətdən getdiyini və postunu tərk etdiyini açıqlayıb. 

Gülayə Mecid