"Ermənistanda yeni Konstitusiyanın mətni hazırlanır. Mətn 10 ay ərzində hazır olacaq". 

"Unikal" xəbər verir ki, bunu Ermənistan Respublikasının ədliyyə naziri Srbuhi Qalyan parlamentdə jurnalistlərə açıqlamasında deyib.

"Yeni Konstitusiyanın mətni hazırlanma mərhələsindədir, mətni yaxın vaxtlarda şura üzvləri ilə müzakirə edəcəyik. Müxtəlif variantları müzakirə edirik, amma mətn hələ işlənmə mərhələsindədir. Mən həmişə qeyd edirəm ki, mətn 10 ay ərzində hazır olacaq", - deyə nazir qeyd edib. 

Nazir yeni Konstitusiynın nə vaxt referenduma çıxarılacağını açıqlamayıb: "Mətn hazır olanda biz təbii ki, ayrı-ayrı konseptual müddəaları ictimaiyyətə təqdim edəcəyik və nədən danışdığımızı çox ətraflı müzakirə edəcəyik.

Yeni Konstitusiyanın mətnini pərdə arxasında saxlamaq üçün heç bir səbəb və fürsət yoxdur. İnsanlar məndən soruşur ki, niyə demirsən? Mən həmişə deyirəm, əlbəttə ki, biz deyəcəyik, çünki sonda xalq Yeni Konstitusiyanın qəbuluna lehinə və ya əleyhinə səs verəcək". 

Ağarza Elçinoğlu