Moskvanın Qırmızı Meydanında Qələbə Paradının əsas məşqi başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Qeyd edilib ki, paytaxtın baş meydanında və ona bitişik küçələrdə bütün mobil operatorların məlumat ötürmə xidmətləri işləmir.

Ukrayna pilotsuz təyyarələrinin Rusiya paytaxtına intensiv kütləvi hücumlarının qarşısını almaq üçün Moskvada mobil operatorların fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib.

Şəhərin bir çox ərazilərində mobil rabitə yoxdur. 

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl 9 May bayram tədbiri zamanı paradın hədəfə alınma ehtimalına eyham vuraraq, Kremlin narahatlığının haqlı olduğunu qeyd etmişdi.

Ağarza Elçinoğlu