Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının, Nəsimi Rayon İcra Hakimiyyətinin, rayon Ağsaqqallar Şurasının və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə “Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisidir” adlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpalarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Nəsimi rayon Ağsaqallar Şurasının sədri Vaqif Şadlinski, YAP Veteranlar Şurasının üzvü Dilarə Seyidzadə Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyev doğma xalqını və dövlətini taleyüklü məqamda vətəndaş müharibəsi, parçalanma və müstəqilliyin itirilməsi təhlükəsindən fədakarlıqla xilas edərək, ölkəmizi sabitlik, rifah və tərəqqi yoluna çıxarıb.

Sonra gənclərin sualları cavablandırılıb.

Tədbir bədii hissə davam edib.

Sonda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat-yazı müsabiqəsinin qalibləri və onların elmi rəhbərlərinə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən diplom və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Nəsimi rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar ağacəkmə aksiyası da keçirilib