Vətən müharibəsi qazisi Mətləb Hüseyn oğlu Əhmədov dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bakıda vəfat edən Mətləb Əhmədovun nəşi doğulduğu Naxçıvan şəhərinə yola salınıb. Qazinin beyninə qan sızdığı bildirilir. 

Qeyd edək ki,  Vətən müharibəsinə könüllü qatılan Mətləb Əhmədov Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.