“AzərEnerji” ASC-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdən əvvəl AzərEnerji” rəhbərliyi və məsul şəxslər Ulu Öndər Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edib.

Sonra “AzərEnerji”nin Baş idarəetmə, elm, tədris kompleksində elmi-praktik konfrans keçirilib. Səhmdar Cəmiyyətin məsul şəxsləri ilə yanaşı elem adamları, ictimai xadimlər, millət vəkillərinin də iştirak etdiyi tədbirdə Ulu Öndərin energetika sahəsi üzrə fəaliyyətini əks etdirən film nümayiş olunub.

Daha sonra Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişindən sonra energetika sektorunda Sovet rəhbərliyinin maneçiliyinə baxmayaraq Azərbaycan enerjisistemini kənar mənbələrdən asılı vəziyyətdən çıxarması və Azərbaycanda enerji müstəqilliyinin və təhlükəsizliyinin bünövrəsini qoymasından bəhs edilib. 1993-cü ilin iyununda Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan elektroenergetika sahəsində əməli fəaliyyətə keçməsi Ulu Öndərin şəxsi təşəbbüsü və qayğısı sayəsində həyata keçirilən islahatlardan danışılıb.