Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar Baş prokuror Kamran Əliyev, prokurorluğun rəhbər heyəti və prokurorluq əməkdaşları Fəxri xiyabanı ziyarət edərək dünyaşöhrətli siyasətçinin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Bu barədə "Unikal"a Baş Prokurorluqdan məlumat verilib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.

***11:21

Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, dünya şöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Baş prokuror Kamran Əliyev, prokurorluğun rəhbər heyəti və prokurorluq əməkdaşları Fəxri xiyabanı ziyarət edib.

"Unikal" xəbər verir ki, Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.