Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Zelenskinin Türkiyəyə gedəcəyi barədə açıqlamasını alqışlayıb və Rusiyanı cəsarətsizlikdə ittiham edib.
"Unikal" xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.
"Əsl lider belə edir. O, heç kimin və ya heç nəyin arxasında gizlənmir. Rusiya tərəfinin belə cəsarətin cüzi də hissəsinə sahib olması ehtimalı azdır", - Sibiqa yazıb.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putini şəxsən gözləyəcəyini bildirib.
Gülayə Mecid