Qətər kral ailəsinin ABŞ prezidenti Donald Trampa nə hədiyyə etmək qərarına gəldiyi lüks təyyarənin fotoları yayılıb.

"Unikal" xəbər verir ki, "uçan saray"ın saxili dekorasiyanın fotoları "Semafor" nəşrinin saytında yerləşdirilib.

Fotolardan görünür ki, qiyməti 400 milyon dollar olan “Boeing 747-8”in salonu ağacdan istifadə edilməklə açıq rənglərdə işlənib, oturacaqlar isə açıq dəri ilə üzlənib. Laynerin salonu da bütün perimetr ətrafında işıqlandırma və parlaq dekorativ elementlərlə bəzədilib.

Təyyarənin bir neçə zonası olduğu bilinir: yuxarı göyərtədə qonaq otağı, yataq otağı, qonaq yataq otağı, plazma televizoru olan oturma sahəsi, şəxsi ofis, iki vanna otağı və mətbəx.