Gəncədə 48 yaşlı kişini avtomobil vurub.

"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Hərəkətdə olan "OPEL "markalı minik avtomobili 1977-cı il təvəllüdlü Həsən Xasıyevi  vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.