2005-2024-cü illərdə insan alverinə görə 552 qadın, 98 kişi məsuliyyətə cəlb edilib.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün birgə iclasında müzakirəyə çıxarılan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Komitə sədri bildirib ki, ötən ilki hesabatda müvafiq rəqəmlər 541 qadın, 95 kişi olub: “2005-2024-cü illərdə məhkəmə məsuliyyətinə cəlb edilmiş insan alverçiləri 650 nəfər (ötən il 636) təşkil edib. Ağır Cinayətlər Məhkəməsi tərəfindən insan alverçilərinə tətbiq edilən cəzalara gəlincə, 1-i azadlıqdan məhrum etmə, 4-ü şərti cəza olub. Ötən ilki hesabatda 11 azadlıqdan məhrum etmə cəzası mövcud idi. İnsan alveri ilə bağlı 15 (ötən il 17) digər cinayətlərə görə 15 axtarışda olan (ötən il 6), təqsirləndirilən şəxs var”.
Anar Kəlbiyev