Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib.

"Unikal"ın məlumatına görə, Vidadi Əhmədov bu təyinatadək Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi olub. Polkovnik Əhmədov bundan əvvəl isə Qazaxın hərbi prokuroru vəzifəsində çalışıb.

Qeyd edək ki, o, "Vətən uğrunda" medalı ilə təltif edilib. 1984-cü ildə təvəllüdlü V.Əhmədov Bakı Dövlət Üniversitetinin hüquq fakültəsini bitirib.

Murad İbrahimli