Kral III Çarlz sarayda yaş salfet və şamdan istifadəni qadağan edib.

"Unikal" xəbər verir ki, bu barədə New York Post məlumat yayıb.

Əvvəllər sarayda on ildən çox işləmiş təmizlikçi Enn Simmons bildirib ki, yaş salfetlər santexnika ilə bağlı problem yaratdığından belə bir qadağa qoyulub.

"Bu, daimi tıxanmalara və bahalı santexnika təmirinə gətirib çıxarırdı. Ətirli şamlar da havaya buraxdığı toksinlərə görə qadağandır", - deyə Simmons bildirib.