ABŞ prezidenti Donald Tramp Amerikanın keçmiş lideri Co Baydenə prostat xərçəng diaqnozu qoyulduqdan sonra ona tezliklə sağalmasını arzulayıb.
"Unikal" xəbər verir ki, o, bu barədə "Truth Social" səhifəsində yazıb.
"Melaniya və mən Co Baydenin son tibbi diaqnozunu öyrəndiyimiz üçün kədərləndik. Cillə və ailəsinə ən səmimi və ən xoş arzularımızı göndəririk. Baydenin tezliklə sağalmasını arzulayırıq", - Tramp
CNN yazır ki, bu bəyanat Trampın 2024-cü il seçki yarışından çıxdıqdan sonra da tənqid etməyə və koqnitiv geriləmədə ittiham etməyə davam etdiyi Baydenə rəğbət ifadə edir.
Xatırladaq ki, ABŞ-nin keçmiş prezidentinə prostat xərçənginin "aqressiv forması" diaqnozu qoyulub. Üstəlik, xərçəng onun sümüklərinə yayılıb.
Gülayə Mecid