Gəncədə 4 avtomobilin iştirakı ilə zəncirvari qəza olub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. Belə ki, qadın sürücünün idarə etdiyi "Mercedes" markalı minik maşını ilə hərəkətdə olan zaman avtomobilin sürət qutusunda nasazlıq yaranıb.
O, yolun kənarında hərəkətsiz dayanan "VAZ-2106" ,"Opel" və "Honda" markalı minik maşınlarına çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov