Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda Buxarest meri Nikuşor Danın qələbəsi respublikanın bir çox sakinlərini məyus edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, insanlar pasportlarını qayçı ilə kəsiblər və inqilaba çağırıblar.
Hətta bəzi sakinlər başqa ölkələrdən sığınacaq istəyiblər.
Xatırladaq ki, ötən gün Buxarestin meri, mərkəzçi Nikuşor Dan Rumıniyada keçirilən prezident seçkilərində 53,6% səs (6,1 milyon seçici) toplayaraq qalib gəlib.
Gülayə Mecid