Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları 1999 və 2000-ci illərdə Çeçenistanda rusiyalı hərbçilərə qarşı hücumlarda iştirak etmiş Şamil Basayev və Əmir Xəttabın dəstəsinin dörd üzvünü saxlayıblar.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
Saxlanılanlar Rəcəb Xasayev, Arsen Koldasov, Batır Arsanov və Rəsul Taxtamirovdur. Bildirilir ki, Moskva məhkəməsi cinayəti törədən şəxslər barəsində həbs-qətimkan tədbiri seçib.