ABŞ strateji aviasiyasında istifadə olunacaq təkmilləşdirilmiş B61-13 nüvə hava bombasının seriya istehsalına iyul ayında başlanacaq.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Milli Nüvə Təhlükəsizliyi Agentliyi (NNSA) məlumat yayıb.
Hesabatda qeyd edilir ki, yeni bombalar “daha mürəkkəb və daha böyük hərbi hədəfləri vurmaq üçün əlavə imkanlar” verəcək.