Bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının (I cəhd) yekun nəticələrini açıqlayıb.

"Unikal" xəbər verir ki, imtahan nəticələrinə görə, ən yüksək balı 3 nəfər toplayıb.

Onlar Aydan Süleymanova, Nicat Əliyev və Dilşad Musayevadır.

Aydan Süleymanova Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsidir. İmtahanda 95,5 bal toplayan A.Süleymanova UNEC-də Maliyyə ixtisası üzrə beynəlxalq iqtisad məktəbi fakültəsində bakalavr təhsili alır.

95,5 bal toplayan Nicat Əliyev Bakı Ali Neft Məktəbində proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil alır.