Ötən ilin bu günü “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO)  “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində zavodun beş əməkdaşı ölüb.

"Unikal" xəbər verir ki, zavodun təmir işləri aparan 5 əməkdaşı  - Tural Səfərəliyev, Orxan Şahbazov, Namik Yolçuyev, Teyyub Ağayev və Samid Məmmədov qazdan zəhərlənərək həyatlarını itiriblər.

Seymur Əli