Astarada baş verən qəzada ata və azyaşlı oğlu xəsarət alıb.

"Unikal"ın məlumatına görə, Astarada hərəkətdə olan nəqliyyat vasitəsi rayonun Kijəbə qəsəbə ərazisində 1986-cı il təvəllüdlü Astara rayonunun Ərçivan qəsəbə sakini Rəhim Rza oğlu Fərruxovu və onun azyaşlı oğlu 2022-ci il təvəllüdlü Z.F vurub. Hər iki yaralı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Vəziyyəti ağır olan azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ona qapalı kəllə-beyin travması, koma, başın açıq yarası, ataya isə burun nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyublar.

Azyaşlının vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev