Mingəçevirdə 10 yaşlı uşağı maşın vurub
"Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində "Səadət" şadlıq sarayının yaxınlığında baş verib. "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən 2015-ci il təvəllüdlü İbadov Emin Saleh oğlunu vuraraq ona müxtəlif bədən xəsarətləri yetirib. Yaralı uşaq dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov