"Telegram" və "VKontakte"nin yaradıcısı Pavel Durov təhlükəsizlik səbəbi ilə gündəlik həyatda mobil telefondan istifadə etmir.

"Unikal" xəbər verir ki, o, bu barədə  jurnalist Taker Karlsona müsahibəsində danışıb. 

Sahibkar "Telefonum var, amma istifadə etmirəm. Telefonu daşımıram, çünki fikrimcə, bu, çox diqqəti yayındırır. Mən də onun şəxsi həyatına xələl gətirdiyini düşünürəm", - bildirib. 

Durovun sözlərinə görə, əgər diqqətini cəmləmək lazımdırsa, o, noutbuk və ya iPad-dən istifadə etməyə üstünlük verir.

Gülayə Mecid