“Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Günü və 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərimizin 5 illiyi münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının rəhbərliyi və məsul işçiləri, rayonun şəhid ailələri, qazilər və partiya fəalları işğaldan azad olunmuş Ağdam, Xocalı, Əsgəran rayonlarına, Xankəndi və Şuşa şəhərinə “Zəfər turu” adlı səfər ediblər.

"Unikal" xəbər verir ki, səfər zamanı Ağdam Cümə məscidi, Əsgəran qalası, Qarabağ Universiteti, Cıdır düzü, İsa bulağı, Şuşa qalası, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Yuxarı Gövhər ağa məscidi, Xan qızı Natəvanın sarayı və Xan qızı bulağı ziyarət olunub.

İştirakçılar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Şanlı Ordumuzun şücaəti nəticəsində işğaldan azad olunmuş ərazilərdə aparılan böyük quruculuq işləri ilə tanış olublar.