İran ordusu istənilən ssenariyə, o cümlədən mümkün müharibəyə hazırdır.

"Unikal" SNN agentliyinə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlami İrana gözlənilən zərbə ilə bağlı məlumat fonunda bildirib.

Səlami vurğulayıb ki, “düşmən” bəzən İranı hərbi ssenari ilə hədələyir. O xatırladıb ki, İran hakimiyyəti həmişə İslam Respublikasının istənilən ssenariyə tam hazır olduğunu deyib və deməkdə davam edir.

Gülayə Mecid