"Real" heyətinə yeni oyunçu cəlb edib.

"Unikal" "Marca"ya istinadən xəbər verir ki, Franko Mastantuono Madrid klubu ilə müqavilə imzalayıb.

"River Pleyt"in argentinalı futbolçusu ilə sözləşmə 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

Franko klublararası dünya çempionatına "River Pleyt"in heyətində yollanacaq. Mastantuono Madrid klubuna 18 yaşını tamamladıqdan sonra - avqustun 15-də yollanacaq. Bu transfer üçün "Real"ın 45 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Franko Mastantuono bu mövsüm "River Pleyt"də 19 oyuna 7 qol vurub, 4 qol ötürməsi edib.